image-meksika-da-el-jardinero-lakapli-uyusturucu-19789083_5786_ampbackend

100 əsgər, helikopterlər və təyyarələr: “El Jardinero” üçün müharibə kimi əməliyyat keçirildi – VİDEO

Meksikada “CJNG” (Xalisko Yeni Nəsil Karteli) adlı narkotik kartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan, “El Jardinero” ləqəbli Audias Flores Silva genişmiqyaslı əməliyyat nəticəsində saxlanılıb.

Referans Media xəbər verir ki , Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfukun verdiyi məlumata görə, əməliyyat Nayarit ştatının El Mirador bölgəsində həyata keçirilib. Əməliyyata təxminən 100 hərbçi, 6 helikopter və 4 təyyarə cəlb olunub.

Silvanın 19 ay ərzində izlənildiyi, saxlanılmamaq üçün gizlənməyə çalışdığı, lakin sonda təhlükəsizlik qüvvələri tərəfindən qarşıdurma olmadan ələ keçirildiyi bildirilib. Qeyd olunur ki, ABŞ tərəfindən də axtarışda olan bu şəxs barədə məlumat verənlər üçün 5 milyon dollar mükafat təyin olunmuşdu.

Təxminən 60 nəfərlik mühafizə dəstəsi və 30 avtomobildən ibarət karvanına baxmayaraq, əməliyyat insidentsiz başa çatıb və Silva silahlı müqavimət göstərmədən saxlanılıb.

“Bağban”ın tutulmasından sonra kartel üzvləri tərəfindən zorakılıq aksiyaları başlayıb. Nayarit ştatında avtomobillər yandırılıb, yollar bağlanıb. Yerli əhaliyə zəruri olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, kartelin lideri “El Menço”nun daha əvvəl öldürülməsindən sonra bölgədə zorakılıq halları artmışdı. Son əməliyyatdan sonra da oxşar qarşıdurmaların baş vermə ehtimalı yüksək qiymətləndirilir.

Hazırda təhlükəsizlik qüvvələri mümkün hücumların qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

https://youtu.be/CvZ3InP_J74


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki