image-kur-cayi1backend

16 yaşlı qızı öldürüb Kürə atdılar – 21 yaşlı sevgilisi saxlanıldı

Sabirabadda qətl hadisəsi baş verib.

Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 16 yaşlı qız bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti daha sonra Kür çayına atılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Güdəcühür kənd sakini 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu polisin keçirdiyi tədbirlərlə saxlanılıb.

Onun 16 yaşlı qızla bir müddətdir qeyri-rəsmi nikahda yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki