İranın Minab şəhərindəki Şəcərə əl Tayyibə İbtidai məktəbinə təşkil olunan və 168-i uşaq olmaqla 175 nəfərin həlak olduğu hücuma dair yeni görüntülər yayılıb. Videolarda Tomahawk raketinin məktəbi vurduğu açıq görünür.
Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampa, “Hücum ABŞ tərəfindənmi edildi?” sualı verildikdə, o, belə cavab verib: “Tomahawk raketləri yalnız ABŞ-da yoxdur, digər ölkələrdə də var. İranın da əlində Tomahawk olduğu dəqiqdir.”
Trump əvvəlki açıqlamalarında, hücumun İran tərəfindən həyata keçirildiyini iddia etmiş, ABŞ-ın məsuliyyət daşımadığını bildirmişdi. Lakin yayılan görüntülər bu iddialarla ziddiyyət təşkil edir.
ABŞ mətbuatının təqdim etdiyi videolarda Tomahawk raketinin məktəbi vurduğu görünür. Hücum nəticəsində məktəb və ətraf ərazilərdə ağır dağıntılar olub. İran Dövlət Televiziyası və İran Qızıl Ayparası bildirir ki, hücumda 165-dən çox insan ölüb.
ABŞ Müdafiə Nazirliyindən bəzi rəsmi açıqlamalar, ilkin mərhələdə Tomahawk hücumlarının ABŞ Donanması tərəfindən həyata keçirildiyini göstərir.
Mülki şəxslərin hədəfə alınması dünya miqyasında tənqid olunub və bu hücum ABŞ-İsrail-İran gərginliyini daha da artırıb.























