backend

19 yaşlı qız dördüncü mərtəbədən yıxıldı

Sumqayıtda 19 yaşlı qız yaşayış binasından yıxılıb.

 

Referans Media  xəbər verir ki, hadisə dekabrın 22-si saat 20 radələrində şəhərin 10-cu mikrorayonu ərazisində baş verib.

 

2006-cı il təvəllüdlü Aysel Əlizadə yaşadığı 4-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki