190 minlik dələduzluq: 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.

Referans Media  xəbər verir ki, araşdırmalar zamanı onların zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıqları məlum olub.

 
Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki