Referans xəbər verir ki, Li Şi Jia Azərbaycana 4 aydır gəlməsinə baxmayaraq 400 avtomobil satıb.
Bu barədə “AStar” layihəsində bildirilib.
Qeyd edilib ki, 22 yaşlı gənc qız Bakıda öz dostu ilə birlikdə qalır. O Azərbaycan dilində bəzi sözləri də öyrənib.
Bakıda elektrikli avtomobillər satan Li Şi Jia hələ burada 3 il qalmağı planlaşdırır.