backend

31 yaşlı qadın dəm qazından öldü

Bakıda daha bir nəfər dəm qazının qurbanı olub.

Referans Media  xəbər verir ki, hadisə dekabrın 16-sı səhər saat 06:00 radələrində Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Rəşidə Abdullayeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Onun meyiti yaxınları tərəfindən hamam otağında aşkar edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki