32 həftəlik hamilə qadın xəstəxanada ÖLDÜ

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

Referans Media  “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.

Belə ki, 32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb.

O, tibb müəssisəsində qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki