35 yaşında həyatını itirən aktrisanın ölümündən öncəki SON KADRLARI

35 yaşlı türkiyəli aktrisa Ece İrtemin qəfil vəfatından əvvəlki son görüntüləri yayılıb.

Referans Media  xəbər verir ki, təhlükəsizlik kameralarına düşən kadrlarda aktrisanın anası ilə birlikdə restoranda vaxt keçirdiyi, daha sonra isə yaşadığı binaya daxil olduğu əks olunub.

Kadrlarda binaya girərkən onun anasının qoluna girdiyi görünür.

Məlumata görə, gənc aktrisa İstanbulun Kadıköy rayonundakı evində anası ilə birlikdə olduğu vaxt qəflətən qəfil ürəktutması (infarkt) keçirib və hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Ece İrtem "Kızılcık Şerbeti", "Yeni Gelin" və "Payitaht Abdülhamid" kimi populyar seriallardakı rolları ilə tanınıb. O, ölümündən bir gün əvvəl – iyunun 14-də doğum gününü qeyd etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki