image-itkin-qadinbackend

43 yaşlı bu qadın itkin düşüb

Salyanda 43 yaşlı qadın itkin düşüb.

Referans Media  xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Əhmədovanın əlamətləri: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) məlumat vermələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki