5 il ərzində yeni müharibə başlaya bilər – ABŞ narahatdır

ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri Çinin yaxın beş il ərzində Tayvana qarşı hərbi əməliyyatlara başlayacağından ehtiyat edir.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqtonda keçirilən son müzakirələrdə Çinin bölgədə artan hərbi və siyasi fəallığı əsas mövzulardan olub.

Trampın müşavirlərindən biri bildirib ki, Çin lideri Si Cinpin sammit zamanı ABŞ-a açıq mesaj verib.

“Biz yüksələn güc deyilik. Biz sizinlə bərabərik. Tayvan isə mənimdir”, – deyə müşavir Cinpinin mövqeyini bəyan edib.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki