backend

78 yaşlı qadın avtomobilin qurbanı oldu

Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

 

Referans Media-nın   məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

 

Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, “Ford Transit” markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

 

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki