Astroloqların 8 may proqnozuna görə, bu gün bəzi bürclər üçün iş və maliyyə sahəsində yeni imkanlar yaranacaq, digərləri isə sevgi həyatında vacib qərarlar verməli olacaq.
Qoç bürcləri iş münasibətlərində diqqətli olmalı, tələsik qərarlardan qaçmalıdır. Buğa bürclərini uzun müddətdir gözlədikləri xəbər sevindirə bilər.
Əkizlər üçün iş həyatında dəyişikliklər gözlənilir. Xərçəng bürclərinin planlarında gecikmələr olsa da, nəticə uğurlu ola bilər. Şir bürcləri isə karyera ilə bağlı mühüm seçim qarşısında qala bilər.
Qız bürcləri yeni iş imkanları əldə edə, Tərəzilər isə diqqətləri sayəsində problemlərdən yayınaraq üstünlük qazana bilərlər. Əqrəblər üçün iki fərqli seçim gündəmdə olacaq.
Oxatan bürcləri dəyişikliklərə uyğunlaşmalı, Oğlaqlar isə müvəqqəti görünən fürsətləri düzgün dəyərləndirməlidirlər. Dolçalar yarımçıq qalan işlərini tamamlamaq şansı əldə edəcək.
Balıq bürcləri üçün isə təhsil və karyera sahəsində yeni imkanlar ön plana çıxacaq. Sevgi həyatında isə qürurla hisslər arasında seçim etməli ola bilərlər.
