92 yaşlı azərbaycanlı şair vəfat etdibackend

92 yaşlı azərbaycanlı şair vəfat etdi

  1933-cü ildə Neftçala rayonu Ballıcalı kəndində anadan olmuş Abbasov Soltan İsrafil oğlu bu gün vəfat edib.

Referans Teleqraf-a istinadən xəbər verir ki, o, 1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.

1957-1960-cı illərdə Neftçala rayon Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Neftçala rayon Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə “Qələbə” Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində çalışıb.

Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar- ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərlərin müəllifir.

Şair Soltan Abbas 1980-ci ildə “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki