ABB də komissiyasız nağdlaşdırma və köçürmə limitini azaltdı – SƏBƏB BUDURbackend

ABB də komissiyasız nağdlaşdırma və köçürmə limitini azaltdı – SƏBƏB BUDUR

  Artıq Azərbaycan Beynəlxalq Bankı (ABB) da “Tamkart” sahibləri üçün komissiyasız nağdlaşdırma və köçürmə limitini azaldıb. Əvvəllər ayda 7000 manat olan limit bundan sonra 3000 manat olacaq. Maraqlıdır, Azərbaycan Beynəlxalq Bankı (ABB) da “Tamkart”-ın nağdlaşdırma limitini azaltmasının əsas səbəbi nədir?

Referans xəbər verir ki , mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, müştərilər bu məbləğdən artıq vəsait çıxardıqda və ya köçürdükdə əlavə komissiya ödəyəcəklər. Bankın belə addım atmasının bir neçə səbəbi var:

“Cashback”lərin azaldılması kimi bu da bankın xərclərinə bağlıdır. Bankomatların qurulması, onların işlək vəziyyətdə saxlanması, pulun yerləşdirilməsi və təhlükəsizliyin təminatı bank üçün pulsuz deyil. Mərkəzi Bankdan lazım olduqda vəsait alınır və bu əməliyyatlarda da cüzi komissiya mövcuddur. Bundan əlavə, işçi saxlanılması, sistemin idarə olunması və təhlükəsizlik xərcləri də var.”
Ekspertin sözlərinə görə, limitin azalması müştərilərin pul çıxarma imkanlarını tam məhdudlaşdırmır, sadəcə komissiyasız məbləği azaldır:

“Əgər vətəndaşın bankda 100 min manatı varsa, çəkə bilər, amma müəyyən hissədən sonra komissiya ödəyəcək. Banklar əvvəllər müştəriləri cəlb etmək üçün yüksək limitlər və güzəştlər tətbiq edirdilər. İndi kifayət qədər müştəri topladıqdan sonra bu imkanları daraldaraq xərcləri azaltmağa və gəlirlərini artırmağa çalışırlar. Həmçinin, bank istəmir ki, müştəri pulu rahat şəkildə çıxarsın. Pulun bankda qalması onlar üçün sərfəlidir, çünki həmin vəsaitdən istifadə edirlər.”
Beləliklə, yeni limit müştərilərin gündəlik maliyyə davranışına təsir edərək, ya daha planlı pul idarəsini təşviq edəcək, ya da büdcə planlamasında çətinlik yaradacaq. Bankların əsas məqsədi isə həm əməliyyat xərclərini azaltmaq, həm də vəsaitlərin bank sistemində daha uzun müddət qalmasını təmin etməkdir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki