Abluka aradan qaldırılır, Hörmüz boğazı açılır

ABŞ Prezidenti Donald Trump İranla sülh razılaşmasının tamamlandığını və Hörmüz boğazı üzərindəki məhdudiyyətlərin aradan qaldırılacağını açıqlayıb.

Tramp sosial media hesabında paylaşdığı açıqlamada İran İslam Respublikası ilə əldə olunan razılaşmanın yekunlaşdığını bildirib.

"Hamını təbrik edirəm. Hörmüz boğazının sərbəst şəkildə açılmasını və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin ablukasının dərhal aradan qaldırılmasını tam şəkildə təsdiqləyirəm", – deyə Tramp qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, cümə günü razılaşmanın imzalanmasından sonra boğazda minalardan təmizləmə işləri aparılacaq.

"Boğazın açılması ilə bölgə və dünya üçün neft axını hər iki istiqamətdə yenidən bərpa olunacaq", – deyə Tramp vurğulayıb.

Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki