Vaşinqton administrasiyası bir sıra Kanada mallarına 50 faiz tarifləri ləğv edib.
Referans Media xəbər verir ki, məlumat Ağ Evin saytında dərc olunmuş sənədlərdə əksini tapıb.
Sənədlərə görə, ABŞ Prezidenti Donald Trampın qərarına əsasən, "ABŞ-a göndərilən müəyyən Kanada məhsullarına artıq advalor əsasda 50 faiz əlavə rüsum tətbiq edilməyəcək".
Bu, xüsusilə müəyyən növ sellüloz-kağız məhsullarına, maşınqayırma və kontrplaklara aiddir.
Eyni zamanda digər mallara yeni 50 faiz rüsumlar tətbiq olunur. Bunlara, xüsusən də, müəyyən növ tekstil və kənd təsərrüfatı məhsulları daxildir.
DünənTramp bildirib ki, "Kanada ABŞ ilə ticarətdə razılığa gəlmək üçün çox çalışır". Lakin Kanadanın Baş naziri Mark Karni Ottavanın ABŞ tərəfindən tətbiq edilən idxal rüsumlarının azaldılmasına nail olmaq üçün Vaşinqtonla yeni ticarət razılaşması bağlamağa tələsmədiyini deyib./Musavat.com
