Rusiya ilə danışıqlar bu tarixdə başlayacaq – Zelenski

Prezident Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqların noyabrın ilk yarısında keçirilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, görüşün baş tutması Rusiya tərəfinin mövqeyindən asılıdır.

 Bu barədə Zelenski ABŞ-ın Hudson İnstitutunun təşkil etdiyi onlayn görüşdə çıxışı zamanı danışıb.

Ukrayna lideri ABŞ Prezidentinin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerlə telefon danışığı apardığını bildirib. Tərəflər Norveçdə keçirilən görüşlərin nəticələrini və diplomatik prosesin necə irəli aparıla biləcəyini müzakirə ediblər.

“Noyabr ayında Ukrayna–ABŞ–Rusiya formatında nümayəndə heyətləri səviyyəsində üçtərəfli görüş keçirmək barədə razılığımız var. Ümid edirik ki, bu görüş baş tutacaq. Görüşün noyabrın ilk yarısında, mümkün qədər tez keçirilməsi planlaşdırılır. Biz istənilən gün, hətta sabah da görüşməyə hazırıq. Lakin hər şey ruslardan asılıdır”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi üçtərəfli görüşün oktyabrda da keçirilməsini gözləyirdi. Lakin Rusiya tərəfinin növbəti dəfə imtina üçün bəhanə tapması səbəbindən görüş baş tutmayıb.

Zelenski vurğulayıb ki, hazırda əsas diqqət bu görüşlərin keçirilməsinə yönəldilməlidir. O, diplomatik səylərin ABŞ, Avropa və digər tərəfdaşlarla birgə davam etdirilməsinin vacibliyini qeyd edib.

Ukrayna Prezidenti əlavə edib ki, danışıqlarda Avropa da iştirak etməlidir. Onun fikrincə, texniki səviyyədə müzakirələrdən dövlət başçılarının görüşünə keçməyin vaxtıdır, çünki əsas məsələlər yalnız ən yüksək səviyyədə həll oluna bilər./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki