ABŞ Prezidenti Donald Tramp İranla müharibəni qısa müddətdə başa çatdırmağın mümkün olduğunu və Vaşinqtonun ölkənin bütün neftini ələ keçirə biləcəyini bildirib.
Tramp Ağ Evin yaxınlığında jurnalistlərə açıqlamasında ABŞ-ın münaqişəni bitirmək və ya İran rejiminin süqutunu gözləmək arasında seçim edə biləcəyini deyib.
"Biz İranla müharibəni çox qısa müddətdə başa çatdıra bilərik. Məsələ ondadır ki, müharibəni bitirmək, yoxsa İran rejiminin süqutuna imkan vermək istəyirik", - Ağ Ev rəhbəri deyib.
O, həmçinin ABŞ donanmasının Hörmüz boğazını İran üçün bağladığını, ölkənin maliyyə çətinlikləri və inflyasiya ilə üzləşdiyini bildirib. Trampın sözlərinə görə, Vaşinqton müharibəni dərhal başa çatdırmadan İranı daha da zəiflətmək imkanını nəzərdən keçirir./Publika.az
