Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycan idmançısı Elmir Rzalı uğurla çıxış edib.
Referans Media Azərtac-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın beynəlxalq səviyyəli bodibilderi, Beynəlxalq Bodibildinq Fitnes Assosiasiyasının Avrasiya və Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Şıxəliyev məlumat verib.
O bildirib ki, idmançı “Jr. Men’s Athletic” kateqoriyasında gümüş medal qazanaraq Avropa çempionatının mükafatçısı olub.
Elmir Rzalı Vətən müharibəsində şəhid olmuş Əli Rzalının qardaşıdır.
