image-abs-ordubackend

ABŞ bu ölkədə qoşunlarını yerləşdirmək istəyir

ABŞ Yaxın Şərqdəki münaqişədə iştirak etmək üçün Rumıniyanın aviabazasında əlavə qüvvələr yerləşdirmək istəyir.

Referans Media  xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.

Bildirilib ki, söhbət “Mihail Koqəlniceanu” aviabazasında əlavə qırıcı təyyarələrin və hərbçilərin yerləşdirilməsindən gedir.

“Rumıniya Prezidenti Nikuşor Dan martın 11-i səhər Ali Müdafiə Şurasının iclasını çağıracaq. Burada ölkədə ABŞ hərbi qüvvələrinin müvəqqəti yerləşdirilməsinin təhlili aparılacaq”, – deyə qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki