ABŞ-da təyyarə qəzası - Meşə yanğın başladı

ABŞ-ın şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

Referans Media  xəbər verir ki, bu barədə “Fox News” kanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunub ki, pilot katapult edib və xəstəxanaya aparılıb. Qəzanın səbəbi açıqlanmayıb.

Qəza nəticəsində meşə yanğını başlayıb.

Xilasedicilər hadisənin baş verdiyi Rimrok gölü yaxınlığındakı istirahət edənləri təxliyə ediblər. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə cəlb edilib. .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki