ABŞ-da Türkiyə ilə bağlı sənəd yayıldı: “İcazə verməyin” – FOTObackend

ABŞ-da Türkiyə ilə bağlı sənəd yayıldı: “İcazə verməyin” – FOTO

ABŞ-da Türkiyəyə F-35-lərin satışının ömürlük ləğv edilməsi üçün yeni kampaniya başladılıb.  

Referans  xəbər verir ki, kampaniyaya dövlət katibi Mark Rubionun sözügedən məsələ ilə Ankaranın xeyrinə müsbət fikirlər səsləndirməsindən

sonra start verildiyi bildirilir.

Məlumata görə, Rubio ABŞ-ın xarici siyasətində müəyyən korrektələrə ehtiyac olduğunu düşünür. Bunlardan biri də F-35-lərin Türkiyəyə satışına

qoyulan maneənin aradan qaldırılmasıdır. Lakin Konqresin bəzi nümayəndələri dövlət katibinin bu fikrinə qarşı çıxıblar.

Artıq bir neçə nəfərin kampaniyaya qoşulduğu deyilir. Onlardan biri də konqresmen Coş Qotheymerdir.

Konqresmen Vaşinqtonun Ankara güvənməməli olduğunu söyləyib:

“Türkiyənin tarixində ABŞ-ın maraqlarına qarşı çıxmaq, Rusiya və HƏMAS kimi düşmənlərimizi dəstəkləmək kimi reallıqlar var. F-35 qırıcılarını

almasına buna görə maneə yaradıldı. Nəticə olaraq mən də dövlət katibi Marko Rubionu Türkiyənin tamamilə gülünc F-35 təklifini rədd etməyə

çağıran məktubu imzaladım. Qırıcıların təsliminə icazə verilməməlidir”.

Qeyd edək ki, ABŞ-ın yeni administrasiyasının F-35 məsələsində Türkiyə ilə danışıqlar çərçivəsində Ankaranın xeyrinə qərar vercəəyinə dair

məlumatlar yayılmışdı.(

Globalinfo.az)

5256167203340944640 5256167203340944641


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki