image-herbi-gemi1backend

ABŞ-dan kritik addım: Aviadaşıyıcı zərbə qrupları bölgəyə daxil oldu

Vaşinqton və Tehran arasında gərginliyin artması fonunda Pentaqon Cənubi Çin dənizindən Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupunu köçürür.

Referans Media  xəbər verir ki, məlumatı NewsNation bir mənbəyə istinadən yayıb. Bildirilir ki, “yerləşdirmə təxminən bir həftə çəkəcək” və qrup ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatacaq.

Dünən “The Washington Post” qəzeti Vaşinqtonun hazırda ABŞ-ın İranda tammiqyaslı hərbi əməliyyat aparmaq üçün kifayət qədər resursa malik olmadığını qəbul etdiyini bildirib. ABŞ administrasiyasına yaxın bir mənbə qəzetə bildirib ki, “administrasiyanın hazırda qisas almaq riski olmadan tammiqyaslı güc zərbəsi endirmək üçün regionda resursları yoxdur”. O əlavə edib ki, ABŞ “Venesuelanı dəstəkləmək üçün Mərkəzi Komandanlıqdan (CENTCOM) aktivlərinin əhəmiyyətli bir hissəsini çıxarmalı olub”.

Nəşr xatırladır ki, iyun ayında ABŞ təyyarədaşıyan gəmisi “Gerald Ford” İsrailə dəstək vermək üçün Norfolkdakı əsas limanını tərk edərək Aralıq dənizinə yola düşüb və noyabr ayında Karib dənizinə yönləndirilib və orada qalıb. Hazırda daha iki təyyarədaşıyan gəmi Hind-Sakit okean regionundadır. “George Washington” təyyarədaşıyan gəmisi Yaponiyadakı limanda, “Abraham Lincoln” isə Cənubi Çin dənizindədir./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki