ABŞ-ın Bakıdakı səfirliyi maşınlarını satışa çıxarır – FOTO

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Referans Media xəbər verir ki, hərrac platformasında müxtəlif kateqoriyalar üzrə mallar, o cümlədən nəqliyyat vasitələri, mebellər və elektron avadanlıqlar təklif olunur.

Məlumata görə, Bakı üzrə növbəti hərrac sessiyası 20 aprel 2026-cı il, saat 10:00-da başlayacaq və 22 aprel 2026-cı il, saat 12:00-da başa çatacaq.

Hərracda iştirak edənlər aşağıdakı kateqoriyalarda məhsullar üçün qiymət təklifi verə bilərlər:

– Nəqliyyat vasitələri: İstifadə olunmuş xidməti avtomobillər.

– Məişət avadanlıqları: Soyuducular, paltaryuyan maşınlar və s.

– İT və texnika: Kompüterlər, monitorlar və telekommunikasiya cihazları.

– Mebel: Ofis və ev üçün müxtəlif mebel dəstləri.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki