ABŞ-İran razılaşması neft bazarını “vurdu”: Qiymət bu həddə düşdü

ABŞ-la İran arasında razılaşmanın əldə olunması dünya neft bazarında qiymətlərin sürətlə düşməsinə səbəb olub.

Referans Media  xəbər verir ki, Londonun ICE birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 10 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 84 dollardan aşağı düşüb.

Qiymət 4 dollardan çox ucuzlaşmaqla 83,25 dollar təşkil edir.

Eyni zamanda WTI neftinin avqust fyuçersləri 5 dollara yaxın ucuzlaşaraq 80 dollar təşkil edir.

Analitiklərə görə, Yaxın Şərqdə sülh razılaşmasına baxmayaraq, neft qiymətlərinin ABŞ-İran müharibəsindən əvvəlki həddə qayıtması 2-3 aydan çox müddət tələb edəcək./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki