ABŞ-İran razılaşmasına İsraildən SƏRT REAKSİYA

İsrail ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif etdiyi sazişlə özünü əlaqəli hesab etmir və ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarları müstəqil şəkildə qəbul etmək niyyətindədir.

Referans Media  xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X" sosial şəbəkəsində yazıb.
 

"Trampın razılaşması bizim üçün məcburi deyil. İsrail Birləşmiş Ştatlara tabe olmur və biz müstəqil, suveren dövlətik", - nazir vurğulayıb.


Onun sözlərinə görə, İsrail ABŞ-nin dəstəyini yüksək qiymətləndirir və Prezident Trampa minnətdardır, lakin təhlükəsizlik məsələləri müstəsna olaraq yəhudi dövlətinin maraqları ilə müəyyən edilməlidir.

"Mənim mövqeyim aydındır: biz təhlükəsizliyimizi qorumayan bu razılaşmanın iştirakçısı deyilik və o, heç bir formada bizim üçün məcburi deyil. Biz "Hizbullah"ın tərksilah edilməsindən daha azını tələb edərək güzəştə getmək hüququna malik deyilik, döyüşçülərimizin tutduğu ərazilərin heç birindən geri çəkilmək hüququmuz yoxdur... Və xüsusilə də İsrailin atəşə tutulması qarşısında bir an belə susmağa haqqımız yoxdur", - o qeyd edib.

Bundan əlavə, nazir vurğulayıb ki, Livandan İsrail ərazisinə hər bir pilotsuz uçuş aparatının və ya raketin buraxılması İsrailin Dahiyaya zərbə endirməsinə səbəb olacaq.

"Bu, cəmi bir neçə ay əvvəl mövcud olan çəkindirmə balansı idi və biz heç bir halda ondan imtina edə bilmərik", - Ben-Qvir bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki