ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı ətrafında mina yerləşdirməsi ilə bağlı sərt açıqlama verib.
Referans Media xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında bildirib ki, əgər İran boğazda mina yerləşdiribsə, onlar dərhal götürülməlidir.
“Əgər İran Hörmüz boğazında hər hansı mina yerləşdiribsə və biz onların bunu etdiyinə dair rəsmi məlumat almasaq belə, onların dərhal çıxarılmasını istəyirik. Hər hansı səbəbdən minalar yerləşdirilibsə və dərhal götürülməzsə, İran üçün hərbi nəticələr indiyədək görülməmiş səviyyədə olacaq”, – deyə o qeyd edib.
Tramp əlavə edib ki, əgər İran yerləşdirilmiş ola biləcək minaları çıxarsa, bu doğru istiqamətdə böyük addım olacaq./Globalinfo.az
























