ABŞ mətbuatında şok iddia: Pedofiliya ittihamlı şəxslər İsrailə qaçır?

Jeffrey Epstein işi ilə bağlı sənədlərin gündəmdə qalması fonunda ABŞ mediasında yeni iddialar ortaya çıxıb. ABŞ mərkəzli “CBS News” tərəfindən yayımlanan araşdırmaya görə, pedofiliya ittihamı ilə axtarılan bəzi ABŞ vətəndaşları məhkəmə proseslərindən yayınmaq üçün İsrailə üz tutur.

Referans Media xəbər verir ki, araşdırma məlumatları İsrail parlamentinin – Knesset Araşdırma və Məlumat Mərkəzinin statistikası, həmçinin Jewish Community Watch (JCW) kimi qeyri-hökumət təşkilatlarının açıqlamaları ilə əsaslandırılır. Bildirilir ki, bəzi şübhəlilər İsrail vətəndaşlığı almağa imkan verən “Geri Dönüş Qanunu”ndan istifadə edərək hüquqi prosedurlardan uzaqlaşa bilirlər.

Məlumata görə, son illərdə ABŞ-də cinsi istismar ittihamı ilə axtarılan onlarla şəxsin İsrailə getdiyi iddia edilir. QHT nümayəndələri real rəqəmlərin açıqlanan göstəricilərdən daha yüksək ola biləcəyini bildirirlər.

Ekspertlər isə diqqəti iki əsas məqama yönəldir:

Dövlətlərarası geri qaytarmaq prosedurlarının uzun və mürəkkəb olması Bəzi hallarda istintaq və hüquqi nəzarət mexanizmlərinin yetərsiz qalması

İsrail polisi isə açıqlamasında bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyi və beynəlxalq hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə işlənilir.

Araşdırmalarda qeyd olunur ki, bəzi şübhəlilərin radikal baxışları ilə tanınan mühafizəkar icmalar daxilində gizləndiyi barədə iddialar mövcuddur. Lakin bu məlumatların hamısı rəsmi şəkildə təsdiqlənməyib və hüquqi proseslər davam edir.

Mövzu BMT və beynəlxalq hüquq dairələrində də müzakirə olunur. Ekspertlər hesab edir ki, bu cür hallar qlobal ədalət mexanizmləri və dövlətlərarası hüquqi əməkdaşlıq baxımından yeni çağırışlar yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki