ABŞ-nin vitse-prezidenti JD Vens bildirib ki, Prezident Donald Tramp mütləq zərurət və aydın məqsəd olmadan orduya İrana qarşı hücum əmri verməyəcək.
Referans Media xəbər verir ki, Vens Virciniyada jurnalistlərə açıqlamasında bildirib: "Nəticə İranın nə edəcəyindən asılıdır. Tramp mütləq zərurət olmadığı təqdirdə və aydın məqsəd olmadan İrana hücum etməyəcək. Hazırda danışıqlar yaxşı gedir".
Vans danışıqların uğurunu təmin etmək üçün lazım olan hər şeyin ediləcəyini bildirib və əlavə edib ki, əgər İran nüvə proqramlarını yenidən qurmağa çalışsalar, yoxlamalara icazə verməsələr, bir neçə gündür dayandırdıqları kommersiya gəmilərinə yenidən atəş açmağa başlasalar, əlbəttə ki, prezidentin masasında hələ də bir çox variantları olacaq"./Teleqraf
