Meksikanın qələbəsi yasa döndü - 3 nəfər öldü

31 iyun 1 iyula keçən gecə Dünya Kubokunda Meksika millisinin Ekvador üzərində qələbəsini qeyd edərkən üç nəfər ölüb.

Referans Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Xatırladaq ki, Meksika 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Mexiko şəhərində Ekvadoru 2-0 hesabı ilə məğlub edərək 40 ildən sonra ilk pley-off qələbəsini qazanıb.

Matçdan sonra yüz minlərlə meksikalı komandalarının qələbəsini qeyd etmək üçün paytaxt küçələrinə çıxıb.

Şənliklər zamanı üç nəfər boğularaq ölüb. Bunlar arasında 44 yaşlı kişi və 19 və 48 yaşlı iki qadın da var. Həkimlər reanimasiya tədbirləri görsələr də, azarkeşlərin həyatını xilas edə bilməyiblər.

Meksika 6 iyulda keçiriləcək 1/8 final mərhələsində İngiltərə və Konqo Demokratik Respublikası arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki