Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb.
Referans Media APA-ya istinadla xəbər verir ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı Füzuli rayon sakini 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Samuxda “MAZ” çaya aşıb.
Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.
Belə ki, hərəkətdə olan “MAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.
Nəticədə, “MAZ”da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.
Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.
Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
