image-abseron-sel-evlerbackend

Abşeronda dəhşətli vəziyyət: Göl daşdı, qoxu dözülməz oldu – VİDEO

Abşeron rayonunun Məmmədli kəndində sakinlər ciddi kanalizasiya problemi ilə üzləşiblər.

Referans Media xəbər verir ki, Döngə 9 ünvanında yerləşən yaşayış ərazisində yaxınlıqdakı gölün daşması nəticəsində çirkab suları sakinlərin həyətlərinə, hətta evlərin zirzəmilərinə qədər dolub.

Sakinlərin sözlərinə görə, artıq bir aya yaxındır ki, vəziyyət belə davam edir və evlərə daxil olmaq belə çətinləşib. Onlar bildirirlər ki, çirkab su və üfunət qoxusu səbəbindən uşaqların məktəbə getməsi də problemə çevrilib.

Sakinlər iddia edirlər ki, yaxınlıqdakı fermalardan gələn tullantılar da gölə axıdılır və nəticədə göl dolaraq geri daşır. Bu isə ətraf ərazilərdə yaşayan yüzlərlə ailənin həyətinə və evlərin altına çirk sularının dolmasına səbəb olur.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə bələdiyyəyə və icra hakimiyyətinə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Daha ətraflı süjetdə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki