image-qatarrrady-fbbackend

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

ADY-dən Referans Media-ya  verilən məlumata görə, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

 

Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

 

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki