backend

“AFEN Plaza”da partlayış zamanı xəsarət alanların son durumu

Nərimanovda noyabrın 11-də “AFEN Plaza”da baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.

Referans Media xəbər verir ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki