Afrika CDC xəbərdarlıq etdi: Konqoda Ebola epidemiyası tarixin ən ağırına çevrilə bilər

Africa Centres for Disease Control and Prevention-nin Baş direktoru Jean Kaseya Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyasının tarixin ən ağır mərhələsinə çata biləcəyi barədə xəbərdarlıq edib.

Kaseya bildirib ki, hazırda xəstəliyə yoluxan şəxslərlə təmasda olmuş on minlərlə insanın izlənməsi hələ mümkün olmayıb.

Burundidə Afrika ölkələrinin dövlət başçılarının iştirakı ilə keçirilən onlayn toplantıda çıxış edən Kaseya deyib:

"Əgər epidemiyanı yaxın zamanda dayandıra bilməsək, Qərbi Afrikada və Konqonun şərqində yaşadığımızdan daha ağır mənzərə ilə üzləşəcəyik."

Baş direktor bununla 2014–2016-cı illərdə Qvineya, LiberiyaSyerra Leoneni təsiri altına alan və 11 mindən çox insanın ölümünə səbəb olan Ebola epidemiyasına, eləcə də 2018-ci ildə Konqoda baş verən daha aşağı ölüm göstəricili epidemiyaya istinad edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki