image-ekrangoruntusu2026-04-22100348-694378-18backend

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

ABŞ administrasiyası şənbə günü Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbulda baş verən hadisəni sui-qəsd cəhdi hesab edir.

Referans Media APA-ya istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

“Bu gün buraya gəlib suallarınızı cavablandırmağı və ABŞ administrasiyasının prezident Trampa qarşı bu son sui-qəsd cəhdinə cavab olaraq gördüyü tədbirlər barədə ölkə ictimaiyyətini məlumatlandırmağı məqsədəuyğun hesab etdim”, – o bildirib.

Livitt onu da əlavə edib ki, cinayətkar prezidenti və mümkün qədər çox administrasiya rəsmisini öldürmək niyyətində olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki