Ağcabədidə YANĞIN – Xəsarət alan var 

  Ağcabədidə fərdi təsərrüfatda tələfatla nəticələnən yanğın baş verib.

Hadisə rayonun Təzəkənd kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda qeydə alınıb.

Yanğını söndürməyə çalışan 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə nəticəsində doqquz tona yaxın ot kipindən səkkizi yanıb. Həmçinin yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Hadisə yerinə cəlb edilən FHN-nin Ağcabədi rayon yanğınsöndürmə bölməsinin əməkdaşları yanğını söndürərək tövlədə olan digər heyvanların tələf olmasının və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.//Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki