Ağdamın Quzanlı qəsəbəsində bibisi qızı Cəfərova Leylanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Referans Media “Report”a istinadla xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb.
Referans Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
