image-69ed9837df03e38a9f9ac2b3backend

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ət qovurması mətbəxlərdə ən çox hazırlanan yeməklərdən biridir. Lakin düzgün bişirilmədikdə ət sərt və quru ola bilər. Mütəxəssislərin sözlərinə görə, bir neçə sadə addım ətin daha yumşaq və dadlı alınmasını təmin edir.


Referans Media
 dadlı ət qovurmasının hazırlanmasını təqdim edir:

İlk olaraq ətin düzgün seçilməsi vacibdir. Yağlı və lif quruluşu uyğun olan hissələr qovurma üçün daha münasib hesab olunur.

Ətin bişirilməzdən əvvəl bir müddət otaq temperaturunda saxlanılması tövsiyə edilir. Bu, istiliyin bərabər yayılmasına kömək edir.

Qovurma zamanı yüksək oddan istifadə edilməməli, zəif odda yavaş bişirmə üsuluna üstünlük verilməlidir. Bu halda ət öz şirəsini saxlayır və daha yumşaq olur.

Mütəxəssislər bildirir ki, ətin öz yağında bişirilməsi dadı artırır və qurumanın qarşısını alır.

Digər vacib məqam duzun düzgün vaxtda əlavə olunmasıdır. Duzun erkən mərhələdə vurulması ətin sərtləşməsinə səbəb ola bilər.

Bişirmə prosesi başa çatdıqdan sonra qazanın qapağının bağlı saxlanılması ətin daha yumşaq və ləzzətli olmasına şərait yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki