Ağstafada minik avtomobili aşdı – 5 nəfər xəsarət aldı

  Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.Referans.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə. Məmmədova, 1984-cü ol təvəllüdlü G. Qarayeva, 1983-cü il təvəllüdlü N. Muğanova, 1988-ci il təvəllüdlü L. Cəlilova və 1984-cü il təvəllüdlü R. Əliyevdir.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki