Avropa İttifaqı və Ukrayna Lüksemburqda keçirilən hökumətlərarası konfransda rəsmi olaraq üzvlük danışıqlarına başlayıblar.
Referans Media xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta bildirib.
"Bu gün biz rəsmi üzvlük danışıqlarına başlamaqla Ukraynanın Aİ-dəki gələcəyinə doğru tarixi bir addım atırıq" - A.Kosta qeyd edib.//Teleqraf
