Kanslerin sözlərinə görə, Almaniya Ukraynada enerji təchizatını təmin etmək üçün də 170 milyon avro ayıracaq.
“Referans MEDİA” bildirir ki, Almaniya Kansleri Fridrix Mertsin bildirdiyinə görə, Almaniya 2022-ci ilin fevralından bəri Ukraynaya dəstək üçün 75 milyard avrodan çox xərcləyib.
O, Berlində keçirilən Almaniya–Ukrayna iqtisadi forumunda çıxışı zamanı qeyd edib ki, bu müddət ərzində Ukraynaya təxminən 40 milyard avro hərbi yardım, 36 milyard avro isə mülki dəstək ayrılıb. Kanslerin sözlərinə görə, 2026-cı ildə Ukraynaya hərbi yardım üçün əlavə 11 milyard avrodan çox vəsait ayrılması da planlaşdırılır./TASS/
