Alzheimer xəstəliyinin inkişafını ləngidə bilən dərmanların adı açıqlandıbackend

Alzheimer xəstəliyinin inkişafını ləngidə bilən dərmanların adı açıqlandı

  Son araşdırmalar nəticəsində məlum olub ki, iki xərçəng dərmanının – letrozol və irinotekanın birləşməsi Alzheimer xəstəliyinin inkişafını ləngidir.

Referans xəbər verir ki, 1300-dən çox dərman məlumat bazasından istifadə edilmiş araşdırmalara 65 yaşdan yuxarı 1,4 milyon insan cəlb edilib. Nəticədə bu iki dərmanın birləşməsinin demansın inkişafını ləngitdiyi məlum olub.

Tədqiqatçılar hesab edirlər ki, belə bir kombinasiya terapiyası tez bir zamanda klinik sınaqlara keçə və bütün dünyada milyonlarla insana təsir edən Alzheimer xəstəliyinin müalicəsində yeni bir yanaşma ola bilər.

Əvvəllər mütəxəssislər yumurtanın müntəzəm istehlakının Alzheimer xəstəliyinə tutulma riskinin təxminən iki dəfə azalması ilə əlaqəli olduğunu aşkar etdilər./Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki