Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürov vəfat edib.
Referans Media xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Y.Şükürov 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Y.Şükürov 1948-ci ildə Şəkidə anadan olub. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.






















