ABŞ-də iyulun 28-dən etibarən Apple öz cihazları üçün yeni lizinq proqramını istifadəyə verəcək.
Referans Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Apple Upgrade adlı proqram çərçivəsində istifadəçilər iPhone, Mac, iPad və Apple Watch cihazlarını lizinq əsasında əldə edə biləcəklər. Layihənin maliyyə tərəfdaşı Klarna Group olacaq. Xəbərin yayılmasından sonra şirkətin səhmləri 11 faiz bahalaşıb.
Proqrama əsasən, iPhone və Apple Watch üçün lizinq müddəti 24 ay, Mac və iPad üçün isə 36 ay təşkil edəcək. İstifadəçilər cihazın dəyərini vaxtından əvvəl tam ödəyə, onu yeni modellə əvəz edə, müddətin sonunda özlərində saxlaya və ya geri qaytara biləcəklər. Bəzi hallarda əlavə ödəniş nəzərdə tutulur.
Lizinqdən yararlanmaq üçün kredit tarixçəsinin yoxlanılması tələb olunacaq.
Apple proqramı məhsullarının bahalaşdığı dövrdə təqdim edir və lizinq modelini aylıq ödənişləri azaltmağın bir yolu kimi tanıdır./Musavat.com
