Türkiyənin daha bir gəmisi vuruldu

Qara dənizdə Türkiyə bayrağı altında üzən daha bir ticarət gəmisinə zərbə endirilib.

Referans Media xəbər verir ki, “Mv Reyhan Sarı” quru yük gəmisi Rusiyanın Taman limanından Trabzona kömür daşıyırmış.

Gəmi Novorossiysk sahillərində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Nəticədə Türkiyə vətəndaşı olan 1 heyət üzvü ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

PUA hücumu gəmiyə maddi ziyan da vurub.\\olke.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki