Almaniyada aparılan araşdırma göstərib ki, ölkədə milyonlarla insan gündəlik həyatda ayrı-seçkiliklə üzləşir və bu vəziyyətdən ən çox təsirlənən qruplardan biri başörtüsü taxan müsəlman qadınlardır.
Alman İqtisadi Araşdırmalar İnstitutu (DIW) tərəfindən həyata keçirilən və hər il təxminən 30 min nəfərin iştirak etdiyi Sosial-İqtisadi Panel məlumatlarına görə, respondentlərin 13,1 faizi son 12 ayda ayrı-seçkiliyə məruz qaldığını bildirib.
Araşdırmada iştirak edənlərin 41,9 faizi ayrı-seçkiliyin əsas səbəbi kimi etnik mənşəni göstərib. Bundan əlavə, 25,9 faiz görünüşünə, 23,8 faiz cinsiyyətinə, 13,9 faiz isə əlillik və ya xroniki xəstəliklərə görə ayrı-seçkiliklə üzləşdiyini qeyd edib.
Sorğuda iştirak edən müsəlman qadınların 28,6 faizi son bir ildə ayrı-seçkilik yaşadığını bildirərkən, bu göstərici müsəlman olmayan qadınlarda 10,4 faiz olub. Başörtüsü taxan qadınlar arasında isə bu rəqəm 38 faizdən çox təşkil edib.
Ayrı-seçkilik halları daha çox küçədə, iş həyatında, mal və xidmətlər sahəsində, eləcə də ictimai nəqliyyatda baş verir.
Ferda Ataman isə bildirib ki, 9 milyon insanın özünü ikinci dərəcəli vətəndaş kimi hiss etdiyi cəmiyyət sabit və dayanıqlı ola bilməz və bu vəziyyət ölkə üçün ciddi sınaqdır.























