Arazda batan 18 yaşlı oğlanın meyiti tapıldıbackend

Arazda batan 18 yaşlı oğlanın meyiti tapıldı

  Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb.

Bu barədə Referans-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki