Arif Məmmədov qəfil vəfat etdi – FOTObackend

Arif Məmmədov qəfil vəfat etdi – FOTO

  Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

Referans xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.(Metbuat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki